Robotlar əridilmiş metaldan körpü “çap ediblər”

[ 09 Aprel, 2018  11:03 ]

 

MX3D-Metal robotları yarım il ərzində metal körpü inşa ediblər. Məmulat möhkəmlik sınaqlarından keçərsə, körpü Niderland krallığının paytaxtı Amsterdamda quraşdırılacaq.

hi-tech.mail.ru saytının məlumatına görə, robotlar qızdırılmış metal damcılarını artıq soyumuş konstruksiyaya töküblər. Onlar avadanlığın dəqiqliyi sayəsində hər kəsi öz gözəlliyi ilə ovsunlayan konstruksiyanı yaratmağa nail olublar.

Körpünün uzunluğu 12,5 m, eni 6,3 m, bütün bəzəkli detalların ümumi uzunluğu isə 1000 km təşkil edir. O, taxta və əlavə mexanizmlərdən istifadə edilmədən hazırlanıb. Unikal texnologiyanın müəllifləri yeni körpünün 2019-cu ildə bütün texniki sınaqlardan sonra Amsterdamın məşhur Qırmızı Fənərlər Kvartalında yerləşən kanallardan biri üzərində quraşdırılmasını planlaşdırırlar.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 23

Murad Məmmədov

Hands.az

Etibar Hüseynli

QSS Analytics

Röyal Ağamirzadə

Absolute Azerbaijan İƏT - İcma Əsaslı Turizm

Sara Rəcəbli

BUTA Art & Sweets

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Daha çox >