Sinqapur biometrik texnologiyaların tətbiqi sahəsində dünya lideridir

[ 06 Aprel, 2018  09:55 ]

“Maliyyə xidmətləri sahəsində liderlər” adlı beynəlxalq tədqiqatın nəticələrinə görə, Sinqapur maliyyə xidmətləri sektorunda biometrik texnologiyaların (müştərilərin şəxsiyyətinin barmaq izinə görə müəyyənləşdirilməsi) tətbiqi sahəsində dünya lideridir. Sorğuda Sinqapur, Çin, Böyük Britaniya və ABŞ-dan olan 315 şirkət iştirak edib.

biometrics.ru saytının bildirdiyinə görə, Sinqapurun maliyyə şirkətlərinin 61 %-dən çoxu müştərilərin barmaq izlərini nəzərə alan ikifaktorlu eyniləşdirmədən istifadə edir. Çin bu texnologiyanın yayılma dərəcəsinə görə 2-ci yeri tutub (57%). Biometrik texnologiyalardan istifadə Avstraliyada 50%, Böyük Britaniyada  40%, ABŞ-da isə 37% təşkil edib.

Tədqiqatlar göstərib ki, müştərilərin biometrik eyniləşdirilməsi texnologiyası bütün dünyanın maliyyə şirkətləri arasında geniş yayılıb, lakin bu sahədə birincilik Sinqapura məxsusdur.

Mütəxəssislər bildiriblər ki, Sinqapur qabaqcıl biometrik texnologiyaların tətbiqində liderlik etsə də,  bu ölkədə fəaliyyət göstərən bütün şirkətlər rəqabətə davam gətirmək və müştərilərin tələblərinə cavab vermək üçün biometriyaya əsaslanan innovativ həlləri daha fəal şəkildə tətbiq etməyə davam etməlidir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 29

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Taleh Məmmədov

Woody Group

Elçin Hüseynov

Balta

Sonabəyim Hüseynzadə

Nicecho

Nicat Haşımov

Darts Games

Daha çox >