Jestə və səsə reaksiya verən dronlar

[ 30 Mart, 2018  13:27 ]

“Amazon” şirkəti insanın jest və səs əmrlərinə reaksiya vermək imkanına malik dronu patentləşdirib.

Yaxın zamanda ABŞ-ın Patentlər və Ticarət Markaları üzrə İdarəsi (USPTO) “Amazon”un 2016-cı ilin yayında rəsmiləşdirdiyi dronlar üçün yeni texnologiya haqqında patentinin sifarişini təsdiqləyib. Sənəddə insanın jestləri və səsinə reaksiya vermək imkanına malik pilotsuz təyyarələr təsvir edilir. Bu siqnallar işıq və səs tənzimləyiciləri ilə oxunacaq və mövcud məlumat bazası ilə müqayisə olunacaqlar. Sonra dron əmrləri analiz etməklə müştəriyə yaxınlaşacaq (əgər müştəri jestlə onu yanına çağırırsa) və ya, əksinə, kənara uçacaq (əgər insan jestlə ona kənarlaşmağı əmr edirsə). Lakin şirkət dronların konkret olaraq reaksiya verəcəyi əmrləri dəqiqləşdirməyib.

popmech.ru saytının məlumatına görə, patentin “Amazon”da tətbiq olunma vaxtı haqqında hələ ki, məlumat verilmir. Şirkət kifayət qədər aktiv olaraq dron-kuryer xidmətinin ideyasını hazırlasa da, bu qurğuların istifadə olunması üçün müəyyən icazələr alınmalıdır.

Qeyd edək ki, cari ilin fevral ayında “Samsung” şirkətinin istifadəçinin jest və səs əmrlərinə reaksiya vermək, həmçinin onun üzünü və gözlərinin hərəkətini izləmək imkanına malik patenti – “uçan ekran” təqdim olunmuşdu.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 29

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Taleh Məmmədov

Woody Group

Elçin Hüseynov

Balta

Sonabəyim Hüseynzadə

Nicecho

Nicat Haşımov

Darts Games

Daha çox >