Süni intellekt diqqəti yayınan sürücüləri izləyəcək

[ 28 Mart, 2018  11:23 ]

Amerikanın “Affectiva” şirkəti diqqətsiz sürücülərin avtomatik təyin edilməsi sistemini – “Automative AI” adlı yeni layihəsini təqdim edib.

vladtime.ru saytının məlumatına görə, şirkət sürücülərin diqqətsizliyi və yorğunluğuna görə baş verən qəzaların qarşısının alınması üçün “Automative AI” platformasını hazırlayıb. O, insanın emosiyalarını ayırd edə bilən süni intellektə əsaslanır. Alqoritmlər 6 milyondan çox insanın sifətinin şəklinin köməyilə hazırlanıb.

Sürücünün diqqətsizliyi başın əyilməsi, göz qırpmalarının tezliyi, göz və ağızın açılması və ya bağlanması üzrə təyin edilir. Bununla da “Automative AI” insanın nə zaman yorulduğunu və ya yola baxmadığını müəyyən edə bilir. Platforma məlumatlar əsasında sürücüyə diqqətinə görə bal verir. Onun diqqəti yayındıqda sistem xüsusi siqnal verir. İstehsalçılar sistemin nəqliyyat vasitələrinə tətbiq edilməsi ilə bağlı planları haqqında hələ ki, məlumat vermirlər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 23

Murad Məmmədov

Hands.az

Etibar Hüseynli

QSS Analytics

Röyal Ağamirzadə

Absolute Azerbaijan İƏT - İcma Əsaslı Turizm

Sara Rəcəbli

BUTA Art & Sweets

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Daha çox >