İnsanın mimikasını təkrarlayan robot yaradılıb

[ 27 Mart, 2018  10:22 ]

 

Kembric Universitetinin professoru Piter Robinson insanın mimikasını tanıyan və təkrarlayan robot yaradıb. “Çarlz” adlı robot Kembric Universitetinin Texnologiyalar və kompüter elmləri bölməsinin proqramının bir hissəsidir. Əməkdaşlar insanlarla robotların qarşılıqlı əlaqəsinin müxtəlif üsullarını araşdırırlar. Onlar robotun cavablarında emosiyaların mövcudluğunun ünsiyyətin daha yaxşı alınmasına imkan yaradacağını düşünürlər.

“Biz kompüterlərə sosial siqnalları, üz ifadəsi, səsin tonu və jestləri anlamaq qabiliyyəti vermək niyyətində idik. Düşündük ki, robotun cavablarında daha çox emosiya olarsa, insanlar onunla daha çox qarşılıqlı əlaqədə olacaqlar”, – deyə professor bildirib.

naked-science.ru saytının məlumatına görə, Çarlz onun üz əzələlərini idarə edən 24 motora malikdir. Robot qaş, ağız, çənə və üzünün digər hissələrini hərəkət etdirir. Siqnal videokameradakı məlumatları analiz edən proqram təminatının quraşdırıldığı kompüterdən daxil olur. Kamera insanın sifətini çəkir və şəkili kompüterə göndərir. Bütün proses 3 saniyə ərzində baş verir.

Professor Robinson robotun daha da təkmilləşdirilməsinin vacib olduğunu qeyd edib: “Çarlz insana çox bənzəyir. Lakin mexaniki motorlar əsl əzələlərlə rəqabət apara bilmir. Üz ifadəsinə nəzarət edən proqramlarımız hələ ki, idealdan uzaqdır. Həmçinin analitik proqram təminatı mükəmməl olmadığından mimika qeyri-təbii görünür”.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 28

Səttar Hümmətli

KhazarApps

Sevinc Bədəlova

Pomada.az

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Yasin Quliyev

Freelancer Azerbaijan

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Aytən Mustafayeva

Yummushaq

Daha çox >