Müasir xilasedicilər üçün “ağıllı” gödəkçə hazırlanıb

[ 08 Mart, 2018  12:52 ]

“Nokia” şirkəti İspaniyanın Barselona şəhərində keçirilən, mobil sənayenin ən böyük sərgisi olan “Mobile World Congress 2018”də xilasedicilər və polislər üçün Cənubi Koreyanın “Kolon” geyim şirkəti ilə birgə hazırlanmış “ağıllı” gödəkçəsini təqdim edib.

techcult.ru saytının məlumatına görə, “CHASE Life Tech FR” zahirən polis və yanğınsöndürənlərin parlaq gödəkçələrinə bənzəyir. Əsas fərq onun ürək döyüntüsünün tezliyini və bədən temperaturunu qeydə alan modulyar sensorlar, GPS və akselerometrlə təchiz edilməsidir. Onların əvəzinə konkret vəziyyətdə lazım olacaq sensorlar (məsələn, dəm qazı sensorları) quraşdırmaq mümkündür.

Gödəkçə vasitəsilə əldə olunmuş məlumatlar baza stansiyasına ötürülür ki, burada idarəetmə bloku onları real vaxt rejimində təhlil edir. Bu, xüsusilə, polis və ya yanğınsöndürənin qəza vəziyyətində əlaqə qura bilməməsi zamanı kömək edə bilər.

Gözəl dizayna malik olan “CHASE Life Tech FR” gödəkçəsi hər kəs tərəfindən qəbul edilmiş dünya brendlərindən heç də geri qalmır. Bundan başqa, gödəkçənin hissələri müəyyən praktik funksiyaları yerinə yetirir. Məsələn, parça keçiricilik qabiliyyətinə malikdir, GORE-TEX materialından hazırlanmış 3M-detallar isə yağış və qar suyunu keçirmir. Bütün sensorları çıxarmaq mümkündür ki, bu da gödəkçəni asanlıqla yumağa imkan verir. “Nokia” və “Kolon” şirkətləri 1-2 il ərzində adi vətəndaşlar üçün belə gödəkçələr hazırlamağı planlaşdırırlar.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 28

Səttar Hümmətli

KhazarApps

Sevinc Bədəlova

Pomada.az

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Yasin Quliyev

Freelancer Azerbaijan

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Aytən Mustafayeva

Yummushaq

Daha çox >