Xəstəliklərin ani diaqnostikası üçün qurğu yaradılıb

[ 05 Mart, 2018  11:19 ]

Çinin Quançjou şəhərində yerləşən tibb mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış yeni qurğu xəstəliklərə diaqnoz qoymağa imkan verir.

Məlumdur ki, xəstəliklərin vaxtında və düzgün diaqnostikası müalicədə ən vacib mərhələ hesab edilir. Süni intellekt əsasında işləyən tibbi aparatdan istifadə diaqnozun qoyulması zamanı insan amilinin təsirini azaldaraq həkim səhvi riskini minimuma endirəcək.

naked-science.ru məlumatına görə, yeni qurğu uşaqlarda ağciyər iltihabını və ya gözün torlu qişası xəstəliyini asanlıqla müəyyənləşdirir. Alimlər aparatı təkmilləşdirməyi və diaqnoz qoyulan xəstəliklərin siyahısını genişləndirməyi planlaşdırırlar. Çin mühəndisləri əmindirlər ki, onların texnologiyası maksimum dərəcədə sürətli və daha dəqiq diaqnostika hesabına müasir tibbin səmərəliyini yüksəltməyə kömək edəcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 28

Səttar Hümmətli

KhazarApps

Sevinc Bədəlova

Pomada.az

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Yasin Quliyev

Freelancer Azerbaijan

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Aytən Mustafayeva

Yummushaq

Daha çox >