“Apple” su keçirməyən “AirPods” hazırlayır

[ 01 Mart, 2018  11:05 ]

“Apple” şirkəti “AirPods” simsiz qulaqlıqlarının iki yeni modeli üzərində işləyir. Onlardan biri bu il, digəri isə növbəti il üçün planlaşdırılıb. Modellərdən hər biri mövcud funksiyalarını saxlayacaq, bəziləri isə daha da təkmilləşdiriləcək.

3dnews.ru saytının məlumatına görə, qulaqlıqlardan biri barmaqla ona basmağı tələb etmədən “Salam, Siri” əmrinin köməyi ilə “Siri” səs köməkçisini çağırmağa imkan verəcək.

Bu qulaqlıqlarda “Apple” tərəfindən hazırlanan Bluetooth birləşmələrini idarə etmək üçün yenilənmiş simsiz çip quraşdırılacaq. “AirPods”un aktual modeli qulaqlıqlara bir dəfə enerji ilə yüklənmə ilə beş saat ərzində işləməyə imkan verən və Bluetooth 4.0-la birləşdirən “W1” çipindən istifadə edir.

Qulaqlıqların daha bir yeni modeli su və yağış damcılarına davam gətirə biləcək. Hazırda “AirPods” idman məşqi zamanı yaranan tərə normal davam gətirə bilir, lakin suya düşdükdə sıradan çıxa bilər.

Həmçinin bildirilir ki, 2018-ci ildə qulaqlıqların enerji ilə yüklənməsi üçün yeni qurğu satışa çıxarılacaq.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 28

Səttar Hümmətli

KhazarApps

Sevinc Bədəlova

Pomada.az

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Yasin Quliyev

Freelancer Azerbaijan

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Aytən Mustafayeva

Yummushaq

Daha çox >