ABŞ alimləri gözün süni analoqunu yaradıblar

[ 28 Fevral, 2018  13:03 ]

Yeni ixtiranı Harvard Universiteti nəzdində fəaliyyət göstərən Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin alimləri təqdim ediblər – onlar insan gözünün iş prinsipi üzrə işləyən süni göz yaradıblar. Qurğu polimerlər və elektrodlardan istehsal edilmiş kvadrat metalinza və süni əzələdən ibarətdir.

“Bu ixtira oftalmologiyada istifadə olunmaqla yanaşı, göz mikroskopları və mobil telefonların kameralarının müasirləşdirilməsi üçün vasitə olacaq. Həmçinin virtual və ya əlavə edilmiş reallıq qarniturunda quraşdırıla biləcək”, –  deyə tətbiqi fizika üzrə professor, layihənin rəhbəri Federiko Kapasso bildirib.

hi-news.ru saytının məlumatına görə, 30 mikrometr qalınlığa malik metalinzaların xüsusiyyətlərini linzanın ətrafında yerləşdirilmiş, şəffaf elektrodlar və elastik dielektrik materialdan ibarət olan süni “əzələnin” köməyi ilə idarə etmək olar. Linzanı sıxaraq və ya dartaraq elektrodlara lazımlı gərginliyi vermək olar. Beləliklə, onun fokuslanmasını dəyişdirmək və optik qüsurlara düzəliş etmək mümkündür.

Hazırda Harvardın İnkişaf və Texnologiyalar üzrə İdarəsi intellektual mülkiyyətin müdafiəsi üçün lazım olan sənədləri rəsmiləşdirir və ixtiranın kommersiyalaşdırılması imkanlarını öyrənir. Lakin hələ ki, “gözlərin” tətbiq sahələri üzrə konkret planlar açıqlanmır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 23

QSS Analytics

QSS Analytics

Röyal Ağamirzadə

Absolute Azerbaijan İƏT - İcma Əsaslı Turizm

Sara Rəcəbli

BUTA Art & Sweets

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Taleh Məmmədov

Woody Group

Daha çox >