İtaliyada robot-kuryer sınaqdan keçirilib

[ 05 Yanvar, 2018  11:09 ]

İtaliyanın “e-nova” şirkəti tərəfindən hazırlanmış iki təkərli “YAPE” dron-kuryerinin İtaliyanın küçələrində ilk sınaqları keçirilib. Qurğunun 2018-ci ilin yanvar ayında “CES” sərgisində təqdim olunması planlaşdırılır.

popmech.ru saytının məlumatına görə, “YAPE” şəhərin küçələrində avtonom hərəkət etmək üçün GPS, videokameralar və məsafəölçən lazerlərdən istifadə edir. O, həmçinin müxtəlif parametrləri, xüsusilə işıqforların işini və nəqliyyat axınını izləmək üçün naqilsiz üsulla bütün şəhər üzrə yerləşdirilmiş tənzimləyicilərə qoşulur.

İstifadəçilər dronu mobil proqramın köməyi ilə çağıra biləcəklər. Qurğu sifarişçinin olduğu yerə çatdıqda sifarişçi xüsusi qapaqlı bölməyə 70 kiloqrama qədər yük yerləşdirə və proqramda lazımi təyinat nöqtəsini daxil edə bilər. Bundan sonra YAPE yola düşəcək; o, bir yükləmədə 80 kilometrə qədər məsafə qət etməyə imkan verən elektromotorlar və batareya bloku ilə təchiz edilib. Qurğu saatda 6-20 km sürətlə əsasən səkilər və velosiped yolları üzrə hərəkət edir.

Dron təyinat nöqtəsinə çatdıqda onu qəbul edən şəxs yük bölməsini aça biləcək. Bunun üçün həmin şəxs “YAPE” sistemində öncədən qeydiyyatdan keçməli və sifətin tanınması funksiyasından istifadə etməlidir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 29

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Taleh Məmmədov

Woody Group

Elçin Hüseynov

Balta

Sonabəyim Hüseynzadə

Nicecho

Nicat Haşımov

Darts Games

Daha çox >