Azərbaycan internetin sürətinə görə TOP-100-ə düşə bilməyib

[ 27 Dekabr, 2017  11:39 ]

“Ookla Speedtest Global” təşkilatı bu ilin noyabr ayı üzrə internet sürətinə görə ölkələrin reytinqini hazırlayıb.

10,81 Mbps orta sürətlə Azərbaycan ilk 100-lükdə yer almayıb və 102-ci yerdə qərarlaşıb.

Bununla belə, qeyd edilir ki, Azərbaycan təxminən ikiqat artıq - 19,82 Mbps mobil internet sürətinə sahibdir. Bu isə qlobal orta sürətə (20,28 Mbps) yaxındır.

Ən sürətli genişzolaqlı internetə Sinqapur (153,85 Mbps), mobil internetin sürətinə isə Norveç (62,66 Mbps) malikdir.

Gürcüstanda internetin sürəti 19,82 Mbps, Ukraynada 34,70 Mbps, Belarusda 27,26 Mbps təşkil edir.

İnkişaf etməkdə olan Avropa ölkələrindən Rumıniya 104,46 Mbps orta sürətlə 5-ci, Macarıstan 92,47 Mbps sürətlə 6-ci, Litva isə 75,94 Mbps sürətlə 11-ci yerdə qərarlaşıb.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 29

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Taleh Məmmədov

Woody Group

Elçin Hüseynov

Balta

Sonabəyim Hüseynzadə

Nicecho

Nicat Haşımov

Darts Games

Daha çox >