Belarusda rəsmi olaraq rəqəmsal valyuta və tokenlərin dövriyyəsinə icazə verilib

[ 25 Dekabr, 2017  10:28 ]

Belarusda rəsmi olaraq rəqəmsal valyuta və tokenlərin dövriyyəsinə icazə verilib.

Bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko tərəfindən imzalanan "Rəqəmsal iqtisadiyyatın inkişafı" adlı dekretinə müvafiq əsasnamə əlavə edilib.

"Həyat dəyişir. İlin əvvəlində hər hansı bir mayninq, blokçeyn, kriptovalyuta haqqında danışa bilməzdik. Bu gün isə bu, reallığa çevrilir. Buna görə də həyat və təbii ki, normativ-hüquqi baza dəyişdiriləcək", - deyə dövlət başçısı bildirib. 

Yeni qanunvericilikdə fiziki və hüquqi şəxslərin tokenlərə sahib olma, yaratma, əldə etmə, satma, ödəmə və s. kimi hüquqları müəyyən ediləcək. Belarus prezidenti qeyd edib ki, sənədin əsas məqsədi ölkədə elə bir vəziyyət yaratmaqdır ki, beynəlxalq İKT şirkətləri bura gəlsinlər, öz nümayəndəliklərini açsınlar, dünyada tələb olunan məhsullar istehsal etsinlər.

"Sənədin ikinci məqsədi isə gələcəyə yatırımdır. Bu, İKT kadrlarının hazırlanması və təhsildir. Üçüncü məqsəd isə yeni maliyyə və texnologiya alətlərinin tətbiq edilməsidir. Belarus, demək olar ki, blokçeyn texnologiyasına icazə verən ilk ölkəyə çevrilir", - deyə A.Lukaşenko əlavə edib.

Sənəddə 2023-cü il yanvar ayının 1-nə qədər kriptovalyutalardan əldə olunan gəlirlərdən vergi tutulmayacağı qeyd olunub.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 29

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Taleh Məmmədov

Woody Group

Elçin Hüseynov

Balta

Sonabəyim Hüseynzadə

Nicecho

Nicat Haşımov

Darts Games

Daha çox >