Süni intellekt yalanı aşkarlayacaq

[ 22 Dekabr, 2017  10:25 ]

İnsan gündəlik həyatda yalanı çox zaman aşkarlaya bilmir. Yalanı müxtəlif əlamətlər üzə çıxarır. Bu, yalnız orqanizmin fizioloji göstəricilərinin (ürək döyüntüsünün sürətlənməsi və ya tərləmə) deyil, həm də xarici xüsusiyyətlərin dəyişilməsidir. Məsələn, hətta üz ifadəsində kiçik dəyişikliklər insanın gizlətmək istədiyi emosiyaları əks etdirə bilər.

Müasir maşın təlimi sistemləri yalanın tanınması üçün böyük potensiala malikdir. Bu, kompüterin böyük məlumatlar bazası əsasında öyrənməsi ilə bağlıdır ki, ona insanın diqqət yetirməyəcəyi xırda detalları belə aşkarlamağa imkan verir. ABŞ-ın Merilend Universiteti və Dartmut kollecinin tədqiqatçıları məhkəmədə müttəhimin yalanını onun sifəti və səsinə görə müəyyən edə bilən süni intellekt sistemi yaradıblar. Proqramın bu məsələnin öhdəsindən insanlardan daha yaxşı gəldiyi məlum olub.

nanonewsnet.ru saytının məlumatına görə, “DARE” adlı sistemin əsasında bir neçə mövcud olan və öncədən öyrədilmiş klassifikator və modellər dayanır. Alqoritmin sınaqları zamanı məhkəmə prosesinin səhnələşdirildiyi 121 videoçarxdan ibarət məlumat bazası istifadə olunub. Sistem üz ifadəsi, səs və nitqdə baş verən dəyişiklikləri izləyib. İstehsalçılar sistemin işini qiymətləndirmək üçün ona aktyorların yalan və həqiqəti dedikləri videoları göstəriblər. Alqoritmin maksimal dəqiqliyi 92 faizə çatıb. İnsanlar üçün bu göstərici 81 faiz təşkil edib. Maraqlıdır ki, əsasən, xarici əlamətlər yalanı aşkarlamağa imkan verib. Sistem yalnız üz ifadəsində baş verən dəyişikliklər sayəsində yalanı 87 faiz dəqiqliklə aşkarlayıb.

Bütün bunlara baxmayaraq, tədqiqat müəllifləri sistemin bir çatışmazlığı olduğunu qeyd ediblər. O, səhnələşdirilmiş məhkəmə proseslərinə əsaslanır. Real həyatda müttəhimlər daha yaxşı yalan danışa bilərlər, çünki onların motivasiyası sınaqda iştirak edən insanların motivasiyasından tamamilə fərqlənir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 23

Murad Məmmədov

Hands.az

Etibar Hüseynli

QSS Analytics

Röyal Ağamirzadə

Absolute Azerbaijan İƏT - İcma Əsaslı Turizm

Sara Rəcəbli

BUTA Art & Sweets

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Daha çox >