Wi-Fi router-in köməyilə insanın emosiyalarını “tanımaq” mümkün olacaq

[ 06 Oktyabr, 2016  15:35 ]

Massaçussets Texnologiya İnstitutunun İnformasiya texnologiyaları və süni intellekt laboratoriyasının tədqiqatçılar qrupu radio dalğalarının köməyilə insanın emosional vəziyyətini yüksək dəqiqliklə müəyyən etməyə imkan verən qurğu hazırlayıblar.

“EQ-Radio” adlı sistem ürək döyüntüsü və insanın nəbzi haqqında məlumatlar əsasında emosiyaları tanıyır. Gələcəkdə belə texnologiyanın tətbiqi adi Wi-Fi router-in köməyilə emosiyaları müəyyən etməyə imkan verəcək. Hələ ki, bunun üçün tədqiqatçılar tərəfindən hazırlanmış radar istifadə olunur.

Sınaqların nəticələrinə əsasən, alqoritm radio dalğalarının köməyilə dörd emosiyanı tanımağı öyrənib: sevinc, həzz, qəm və qəzəb. Proqram sınaqda iştirak edənlərin emosiyalarını 87 faiz, kənar insanların emosiyalarını isə 72.3 faiz dəqiqliklə müəyyən edib.

İstehsalçıların bildirdiyinə görə, “EQ-Radio” sistemi “ağıllı” evin qurğuları ilə inteqrasiya oluna bilər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >