"Panasonic" şirkətinin UHD Blu-ray pleyeri sentyabrda satışa çıxacaq

[ 05 İyul, 2016  18:25 ]

Ultra HD dəstəkli Blu-ray pleyerləri heç də ucuz deyil. Məsələn, "Samsung" və "Philips" şirkətlərinin orta səviyyəli müvafiq seçimləri təxminən 400 dollar dəyərindədir. Amma "Panasonic"in yeni Blu-ray pleyeri daha baha olacaq: şirkət audiofillərə və daha yüksək gəlirli insanlara bel bağalayaraq DMP-UB900 pleyerinə 700 dollar qiymət qoyub.

Cihaz audio və video siqnalların ayrı-ayrı ötürülməsi üçün ikili HDMI çıxışı; yüksək keyfiyyətli kondensatorlar, sxemlər və siqnal prosessorları; ALAC və DSD formatlarının dəstəklənməsi; lampa gücləndiricilərinin fəaliyyətini işə salan "Digital Tube Sound" texnologiyası kimi qeyri-adi imkanlar təklif edə biləcək. Bir sözlə, bu cür sistem üçün televizorda quraşdırılmış ənənəvi dinamiklər kifayət etməyəcək.

Qalan xüsusiyyətlərdə standart cəhətlər mövcuddur. Buraya videoların 60 kadr/saniyə sürətlə 4K formatında nümayişi, yüksək dinamik diapozonlu materialların oynadılmasının dəstəklənməsi, eləcə də videoaxının Ultra HD formatında oynadılması imkanları daxildir. Cihaz həmçinin 3D Blu-ray oynadılmasının dəstəkləyir.

"Panasonic DMP-UB900" pleyeri ABŞ bazarına sentyabrda daxil olacaq və "Best Buy" kimi pərakəndə satış şəbəkələrində satılacaq. Hazırda bu, ən bahalı UHD Blu-ray pleyeridir və qəti şəkildə orta istehlakçı üçün nəzərdə tutulmayıb.

UHD Blu-ray, 4K videoaxınının dəstəklədiyi bəlkə də ən maraqlı təklif "Xbox One S" konsoludur. Bu konsol bazara gələn ay daxil olur və kifayət qədər zəngin oyun funksionallığı təklif etmək iqtidarındadır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >