“Android” dünya bazarında payını artırmaqda davam edir

[ 21 İyun, 2016  17:11 ]

“Kantar Worldpanel” tədqiqat şirkəti mobil əməliyyat sistemləri bazarının vəziyyəti ilə bağlı bu ilin fevralından başlayaraq üç ayı əhatə edən yeni hesabat dərc edib. Hesabata görə, hər hansı ciddi dəyişiklik baş verməyib. Belə ki, “Google” şirkətinin “Android” mobil əməliyyat sistemi dünya bazarında payını artırmaqda davam edir, müvafiq olaraq “Apple” və “Microsoft” şirkətlərinə məxsus "iOS” və “Windows” tədricən mövqelərini itirir.

Avropada “Android” ümumi bazarda 76 faiz paya sahibdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. “iOS” sistemi bu regionda 1 faiz, “Windows” 4,5 faiz itirib. Hətta "Apple” şirkətinin maksimum diqqət yetirdiyi Çin bazarında da “iOS”-un payı il ərzində 4,4 faiz azalıb.

Analitiklər qeyd edirlər ki, “Android” sisteminə əsas axını əsasən keçmiş "Windows” və “iOS” istifadəçiləri təşkil edir. Həmçinin ötən il ABŞ-da 2,5 faiz itirən “iOS”-un hazırda orada bazar payı 30,7 faizə bərabərdir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >