Ağcaqanadları qovan televizor istehsal olunub

[ 13 İyun, 2016  20:53 ]

Ağcaqanadların “denge” qızdırması və malyariya kimi yaydıqları xəstəliklər hər il milyonlarla Hindistan sakininin həyat şəraitini ağırlaşdırır. Adətən televizorlar hazırlanan zaman texnoloji şirkətlər geniş audio və video imkanlara üstünlük versələr də, Cənubi Koreyanın LG şirkəti yeni üsula əl atıb. Belə ki, şirkət Hindistan bazarında özünü doğrultmaq üçün ağcaqanadları qovan televizorlar istehsal edib.

 “Mosquito Away” istehsal xəttindən olan televizorlar həşəratları məsafədə saxlamaq üçün xüsusi dalğalardan istifadə edən quraşdırılmış ultrasəsli aparatla birlikdə tədarük edilir.

İstehsalçı yerli bazarı öyrənərək burada artmaqda olan genetik problemi həll edə bilən qurğuların olmaması qərarına gəlib.

32 düymlük ekranla təchiz edilən modelin qiyməti 400 dollar, 43 düymlük qabaqcıl TV modelinin isə 710 dollar təşkil edir. LG nümayəndələrinin sözlərinə görə, televizorlar heç bir zərərli şüalanma yaratmır və kimyəvi təsirdən istifadə etmirlər. Həşəratlarla mübarizə üçün yalnız televizorun elektrik cərəyanına qoşulması tələb olunur. 

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >