3D-printerdə çap olunmuş ilk təyyarə nümayiş etdirilib

[ 08 İyun, 2016  17:30 ]

Fransanın “Airbus” aviaşirkəti Almaniyada keçirilən beynəlxalq aerokosmik sərgidə 3D-printerdə çap olunmuş ilk mini-təyyarə modelini nümayiş etdirib. 3D-çap texnologiyalarının geniş tətbiqi imkanlarını yoxlamaq üçün hazırlanmış “Thor” adlı yeni təyyarənin çəkisi 21 kq, uzunluğu isə 4 m təşkil edir.

“Biz bu sınağı 3D-printerin köməyilə ayrı-ayrı detalların deyil, həm də bütöv bir sistemin hazırlanma prosesini sürətləndirməyin mümkün olub-olmadığını öyrənmək üçün həyata keçirdik”, – deyə ideyanın müəllifi Detlef Koniqorski bildirib.

3D-çap texnologiyalarının aviasiyada tətbiqi vaxta və vəsaitə qənaət edilməsinə imkan verəcək, həmçinin çap olunmuş təyyarələr daha az yanacaq istifadə edəcək.

Qeyd edək ki, hələ 2015-ci ilin may ayının əvvəlində “Airbus” şirkətinin “A350 XWB” təyyarəsinin hissələrinin 3D-çapına başladığı bildirilmişdi.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >