Elon Mask: "SpaceX" 2025-ci ildə insanları Marsa daşıyacaq

[ 03 İyun, 2016  14:55 ]

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri olan milyarder Elon Mask ABŞ-ın Kaliforniya ştatında keçirilən "Code2016" konfransında Marsın mənimsənilməsi üzrə planlarını bölüşüb. İnsanların uzunmüddətli perspektivdə Qırmızı planetdə tam koloniya yerləşdirməsinin zəruriliyini E.Mask daim vurğulayır.

Onun fikrincə, belə baza Yerdə qlobal və qarşıalınmaz fəlakət baş verəcəyi halda sivilizasiyanın qorunmasına imkan verəcək. Əlbəttə, zəruri infrastrukturun yerləşdirilməsi üçün uzun illər, eləcə də nəqliyyat və insanların idarə edəcəyi kosmik gəmilərlə müntəzəm uçuşlar tələb olunur.

"SpaceX"in rəhbərinin sözlərinə görə, şirkət 2018-ci ildə Marsa pilotsuz missiya həyata keçirməyə ümid edir: planetə "Red Dragon" aparatı - "Dragon 2"nin (Crew Dragon) test versiyası göndəriləcək. Növbəti onilliyin ortalarında isə pilotlu proqramlar həyata keçirmək mümkün olacaq.

"Hər şey plan üzrə getsə, biz 2024-cü ildə insanları Marsa göndərməyə başlayacağıq, 2025-ci ildə də onlar təyinat nöqtəsinə çatacaqlar", - deyə Elon Mask bildirib.

Bununla yanaşı, "SpaceX" şirkətinin rəhbəri koloniyaların yaradılması üçün tamamilə yeni - göyərtəsinə çox böyük miqdarda yük və qida məhsulları qəbul edə biləcək hava gəmilərinin yaradılmasının zəruriliyini vurğulayıb.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >