"Samsung" kompüterlər üçün SSD yaddaş qurğusu bazarının yarıdan çoxunu tutur

[ 02 İyun, 2016  18:59 ]

"Samsung Electronics" korporasiyası dünya üzrə kompüterlər üçün nəzərdə tutulmuş SSD yaddaş qurğusu bazarının yarıdan çoxuna nəzarət edir. Buna bu cür yaddaş qurğularının noutbuk və kompüterlərdə istifadəsinin artması da təkan verir.

IHS analitiklərinin hesablamalarına görə, "Samsung"un 2015-ci ildə dünya üzrə fərdi kompüterlər üçün SSD yaddaş qurğusu bazarındakı payı 54% təşkil edib. Bu göstərici isə ikinci pillədə qərarlaşan "Intel"in payından (9%) 6 dəfə çoxdur. Ekspertlər "Samsung"un SSD yaddaş qurğularının təsirini artırmaq baxımından kompüter sənayesində mövqelərini möhkəmləndirdiyini qeyd edir.

"TrendForce" araşdırmaçılarının dəyərləndirməsinə görə, bu ilin yanvar-mart aylarında istehsal olunan noutbukların 28-29 faizi SSD yaddaş qurğusu ilə təchiz edilib, ilin sonuna kimi isə bu göstərici 40%-ə qədər arta bilər. SSD yaddaş qurğularının populyarlığı əsasən onların qiymətinin aşağı düşməsi ilə bağlıdır.

"TrendForce"da bu ilin sonuna qədər 128 giqabaytlıq SSD-nin dəyəri 500 giqabaytlıq sərt disklərdən ucuz olacağını, 256 giqabaytlıq və 1 telebayt həcmə malik SSD və HDD arasında fərqin 5 dollardan da ucuz olacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, daha əvvəl isə "TrendFocus" analitikləri 2016-cı ilin birinci rübündə SSD-lərin dünya üzrə tədarükünün 2015-ci ilin analoji dövrü ilə müqayisədə 32% artaraq 30,77 milyon ədəd olacağını hesablayıb.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >