3D-printerdə çap edilmiş ilk ofis binası istifadəyə verilib

[ 31 May, 2016  14:25 ]

Bu yaxınlarda Dubayda 3D-printerlərin köməyilə binaların inşası ilə bağlı strategiya  haqqında məlumat verilib. Qeyd olunub ki, hakimiyyət tərəfindən 2030-cu ilədək Dubayda bütün binaların 25 faizinin çap edilməsi planlaşdırılır. Şəhərin mərkəzində çap edilmiş “Gələcəyin ofisi”nin açılışı bu istiqamətdə ilk addım oldu.

Detalların çap prosesinə və 250 kvadrat metr sahəyə malik birmərtəbəli binanın qurulmasına 17 gün və 140 min dollar sərf edilib. Eyni binanın ənənəvi metodlarla tikintisi üçün isə iki dəfə çox vəsait tələb olunur.

Binanın tikintisi üçün uzunluğu 36 metr və eni 12 metr olan iki mərtəbə hündürlüyündə printerdən istifadə edilib. Detallar çap olunduqdan sonra tikinti yerinə gətirilib və 17 işçidən ibarət komanda tərəfindən yığılıb. Çap edilmiş ofis elektrik enerjisi, su boruları, telekommunikasiya avadanlıqları və havanın kondisiyalaşdırılması sistemi ilə təchiz edilib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş naziri şeyx Məhəmməd ibn Rəşid Al Maktum ofisin açılış mərasimində bildirib ki, “Gələcəyin ofisi” müasir tikinti modelini və insanların həyatında gələcəyin texnologiyalarından istifadəni nümayiş etdirir. Onun fikrincə, 3D-çapın üstünlükləri gələcəkdə bu texnologiyadan effektiv istifadəyə imkan verərək BƏƏ-ni əhəmiyyətli və dayanıqlı iqtisadi mərkəzlərdən birinə çevirəcək.

Unikal ofis Dubayın Gələcəyin Fondunun (Dubai Future Foundation) müvəqqəti qərargahı olacaq. 2017-ci ildə isə gələcəyin muzeyinə çevriləcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >