Azərbaycanda Formula-1 yarışları internet üzərindən yayımlanacaq

[ 27 May, 2016  16:55 ]

Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkə kimi pozitiv imicə malikdir və ölkəmiz bu sahədə öz standartlarını formalaşdırıb. Hər yeni tədbiri bu standartda təşkil etməklə yanaşı, onu əvvəlkindən daha uğurla həyata keçirmək üçün yeni yanaşmaya ehtiyac olur. Birinci Avropa Oyunları, Eurovision Mahnı Müsabiqəsi və bu kimi beynəlxalq tədbirlər ölkəmiz üçün uğurlu bir təcrübədir. Biz bu təcrübədən Formula-1 Avropa Gran-pri yarışlarında faydalanacağıq. "BBF"in “The Business Year” jurnalına istinadən verdiyi məlumata görə, bu barədə Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə danışıb.

R. Quluzadə bildirib ki, bununla belə, çalışacağıq ki, daha keyfiyyətli xidmətlər göstərilsin. Bildiyiniz kimi, bu cür yarışlarda telekommunikasiya sahəsində xidmətlərin təşkili üzrə böyükhəcmli işlər görülür. Söhbət yarışların telekommunikasiya xidmətləri ilə hansı səviyyədə təmin edilməsindən gedirsə, deməliyəm ki, bunun üçün yaradılan işçi qrupu bütün texniki imkanlardan yararlanaraq dayanıqlı sistem qurulması üçün çalışır.

"Lazımi məlumatların fasiləsiz ötürülməsi üçün dayanıqlı mobil rabitə sistemi qurulacaq, yüksəksürətli və davamlı internet xidmətləri təşkil ediləcək. Eyni zamanda, oyunların dünyaya yayımı üçün bütün müasir resurslardan, o cümlədən Azerspace-1 peykinin  imkanlarından  istifadə ediləcək. Yarışların yayımının yüksək keyfiyyət standartlarına uyğun aparılması üçün xüsusi radiotezliklər ayrılacaq", - deyə R. Quluzadə bildirib.

Nazir indi yeni medianın auditoriyası ənənəvi mediadan daha geniş və onlayn izləməyə tələbatın böyük olduğunu deyib: "Bunu nəzərə alaraq, yarışların internet üzərindən də yüksək keyfiyyətli yayımı nəzərdə tutulur. İnanırıq ki, telekommunikasiya xidmətlərinin keyfiyyətindən çoxsaylı yarış iştirakçıları, təşkilatçılar və turistlər məmnun qalacaqlar".

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >