Süni intellekt hüquqşünas vəzifəsini icra edəcək

[ 16 May, 2016  16:25 ]

“Baker & Hostetler” hüquq şirkətində süni intellekt şöbə rəhbəri vəzifəsinə təyin edilib. “IBM” şirkəti tərəfindən “Watson” kompüteri əsasında yaradılmış “Ross” adlı süni intellekt müflisləşmə işləri ilə məşğul olan şöbəyə rəhbərlik edəcək.

“Süni” hüquqşünas yazılı nitqi dərk etmək, topladığı məlumatlar əsasında müxtəlif fakt, sənəd və qanuna istinad etməklə məhkəmə təhqiqatları üçün qərar çıxarmaq qabiliyyətinə malikdir. “Ross” adlı süni intellekt qanunvericilikdə edilmiş dəyişiklikləri izləyir, eləcə də axtarış sistemi funksiyasını yerinə yetirir.

Ona hüquq fəaliyyətinə dair istənilən sualla müraciət etmək olar. Süni intellekt informasiyanı təhlil edərək ən uyğun cavabı verir. Bunun üçün şəxsi məlumat bazasından istifadə edir. Süni intellekt, həmçinin öyrənmək qabiliyyətinə malikdir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >