Dron-inşaatçılar hündürmərtəbəli binalar tikəcək

[ 05 May, 2016  10:19 ]

İsveçrəli memar Əmmar Mərcan kiçik dronlar qrupunu layihə üzrə yüzlərlə tikinti blokundan ibarət mürəkkəb formalı 6 metr hündürlüyündə bina tikmək üçün proqramlaşdırıb.

Bir-biri ilə əlaqələndirilmiş pilotsuz uçuş aparatları ağır blokları hündürlüyə qaldırmaq üçün kifayət qədər gücə malikdirlər.

Memar robotların üçölçülü layihəyə dəqiqliklə əməl etdiklərini və layihə müəllifi tərəfindən düşünülmüş istənilən mürəkkəb formaları mükəmməl şəkildə yerinə yetirdiklərini xüsusi vurğulayıb.

Bildirilib ki, aparatlar qarşıya qoyulan vəzifəni yerinə yetirənədək işləyir. Oxşar texnikadan real binaların tikintisi zamanı istifadə ediləcəyi hazırda məlum olmasa da, hadisələrin inkişafı bunun yaxın gələcəkdə reallaşacağını göstərir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >