"Apple"ın yarımötürücü tərəfdaşları "iPhone 7"-nin istehsalına hazırlaşır

[ 22 Fevral, 2016  16:43 ]

"Apple" şirkətinin yarımötürücü tərəfdaşları yeni nəsil "iPhone 7"-nin istehsalına hazırlığa başlayıb. Tayvanın "DigiTimes" informasiya portalının bu sahədəki mənbələrinə istinadən yazdığı xəbərə görə, yeni nəsil "Apple" smartfonlarının istehsalına hazırlıq çərçivəsində "Cirrus Logic", "Analog Devices" (ADI) və başqa çip istehsalçıları podratçılarından istehsal gücünün əhəmiyyətli bir hissəsini 2016-ci ilin ikinci və üçüncü rübünə saxlamağı xahiş edib.

Qeyd olunur ki, "Cirrus Logic" və ADI "Apple" məhsulları üçün əsas mikrosxem təchizatçılarıdır və bu şirkətlər "iPhone 7"nin yeni dizaynının işlənib hazırlanmasında mühüm rol oynayır. Məlumata görə, yeni nəsil "iPhone" sələflərindən daha nazik olacaq, ikiqat lensli kamerayla təchiz olunacaq (komponentlərin bir qismini ADI təmin edəcək) və qulaqcıqların, akustik sistemlərin qoşulması üçün istifadə edilən 3,5 mm-lik audio ştepseldən məhrum olacaq.

"DigiTimes"ın yazdığına görə, müqavilə ilə yarımötürücülərin istehsalına cavabdeh olan "Taiwan Semiconductor Manufacturing Co" (TSMC) "Apple A10" prosessorlarının istehsalında da böyük, bəlkə də tam paya sahib olacaq. TSMC 16-cı texnoloji prosesdə olacaq FinFET çiplərinin kütləvi istehsalına 2016-ci ilin ikinci rübündən başlamağı planlaşdırır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >