"Tele2" öz brendi altında smartfon satışına başlayır

[ 17 Fevral, 2016  17:54 ]

"Tele2" mobil operatoru öz ticarət markası altında smartfon satışına başlayır. Şirkət indiyədək yalnız modemlər və routerlər satırdı.

Bu gün Rusiyanın 31 regionunda "T2 RTC Holding" salonlarında "Tele2 Mini" operator markası altında ilk smartfonlar üzə çıxıb. İkinüvəli "MediaTek" çipi ilə təchiz olunmuş smartfon 1,3 GHz tezliyə, OC Android 5.1 əməliyyat sismetinə, 800×480 pikselli 4 düymlü displeyə, 4 GB daimi yaddaşa və iki kameraya (2 və 0,3 meqaoiksel) malikdir.

"Tele2 Mini" modeli Çinin "Haier" şirkəti tərəfindən istehsal edilib və qiyməti 1890 rubldur (təxminən 40 AZN). "Tele2"nin brendləşdirilmiş smartfonlarına tələbatın yüksək olacağı təqdirdə şirkət, məsələn, LTE dəstəkləyən modellər əlavə etməklə onların çeşidini artıra bilər.

Qəzet yazır ki, MTS, "MeqaFon" və "VımpelKom" 2000-ci illərin sonundan öz brendləri ilə qurğular (smartfonlar, planşetlər, netbuklar, aksesuarlar və s.) satır, amma "böyük üçlük" gəlirlərindən onun payını gizli saxlayır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >