3D bioprinter vasitəsilə işlək daxili orqan çap edilib

[ 10 Fevral, 2016  14:27 ]

Rusiyanın “Skolkovo” İnnovasiya Mərkəzinin rezidenti (iştirakçı şirkət) tərəfindən hazırlanmış 3D bioprinterdə işlək orqan çap edilib. Bu haqda “Skolkovo” Fondunun vitse-prezidenti Kiril Kaem məlumat verib.
3D bioprinterdə sümük, sinirlər və orqanları çap etmək mümkündür. Dünyada ilk dəfə qalxanvari vəz çap edilərək siçanın bədəninə köçürülüb. Transplantasiyadan sonra qalxanvari vəz normal işləyir və hormon ifraz edir.
Fondun vitse-prezidenti bildirib ki, şirkət bioprinterlərin başqa laboratoriyalara satışına başlayıb. Həmçinin digər orqanların (məsələn, böyrək və qaraciyər) çap edilməsi də planlaşdırılır.

Kiril Kaemin sözlərinə görə, insan üçün işlək orqanların bioprinter vasitəsilə çap edilməsinə 15 ildən çox vaxt sərf olunacaq.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >