Apple şirkət xaricində təmir edilmiş iPhone-ları bloklayır

[ 09 Fevral, 2016  11:11 ]

iPhone 6 mobil telefonlarının son proqram yenilənməsi, həcətin Apple şirkətinin rəsmi nüməyəndəliyindən kənar yerdə təmir olunduğunu aşkar etdikdə, smartfondan istifadəni mümkünsüz edir.
iPhone 6 sahiblərinin üzləşdiyi və "error53" kodu ilə tanınan problem Apple şirkətinin digər məhsullarının istifadəsi zamanı da qeydə alınıb.
Guardian qəzetinin məlumatına əsasən, smartfonlarını Apple şirkətinin rəsmi nümayəndəliklərində təmir etməyən istifadəçilər iOS 9 əməliyyat proqramının son versiyasını telefonlarına yüklədikdən sonra problemlərlə üzləşib.
iPhone 6 smartfonlarının sahibləri "error 53" problemini sosial şəbəkələrdə müzakirə etməkdədirlər.
Apple şirkətinin forumlarında "wallihall" niki altında yazan istifadəçilərdən biri bildirib ki, iPhone-nun abunə pulunu ödəməkdə davam etsə də, artıq smartfondan istifadə edə bilmir.
Apple şirkəti yeni əməliyyat proqramının təmir işlərinin şirkət tərəfindən aparılıb-aparılmadığı faktını müəyyən edə bildiyini Guardian qəzetinə təsdiqləyib.
"Error 53" problemilə üzləşən smartfon sahiblərinə Apple müştəri xidmətinə müraciət edilməsi məsləhət görülüb.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >