Qlobal internet trafik demək olar zettabayt həddinə çatıb

[ 08 Fevral, 2016  12:41 ]

Bu il internet üçün böyük ehtimalla rəmzi il olacaq. Belə ki, "Cisco"nun proqnozlarına görə, məhz 2016-cı il ərzində "ümümdünya hörümçək toru" tarixi ərzində ən yüksək trafikə - 1 zettebayt, yəni 1024 eksabayt və ya təxminən milyard terabayt həddinə çatacaq.

Şirkətdən həmçinin bildirilib ki, növbəti 2 Zbaytlıq psixoloji həddə artıq 2019-cu ildə çatılacaq. Proqnozlara görə, 3 il sonra şəbəkəyə qoşulmuş qurğuların sayı dünya əhalisinin sayını 3 dəfə üstələyəcək və internetdən istifadənin adambaşına düşən payı 2014-cü illə (6 Gbayt) müqayisədə 3 dəfə artacaq (18 Gbayt) ki, bunun sayəsində də növbəti hədd əlyetər olacaq. Ötürülən məlumatların həcminin belə sürətlə artımının səbəbini ekspertlər mobil qurğuların populyarlığı ilə izah edir.

Bu gedişlə 2019-cu ildə fərdi kompüterlər ümumi axının yarısından da az paya sahib olacaq. Hərçən d 2014-cü ildə bu göstərici 60%-ə bərabər idi. Eyni zmanda internetə qoşulma baxımından da dəyişiklik olacaq. Simli qoşulmanın payı azalaraq cəmi 33%-ə çatacaqsa, Wi-Fi və digər simsiz şəbəkələr trafikin 66%-nə sahib çıxacaq.

İnternet trafikin ən yüksək illik artım dərəcəsi Afrika və Yaxın Şərqə aid olacaq. Bu regionlarda 2014-cü ildən 2019-cu ilə qədər artım 44% təşkil edəcək. Mərkəzi və Şərqi Avropada isə 33%-lik artım gözlənilir. "Cisco" analitikləri üçüncü yerə Latın Amerikasını (25%) qoyub. Asiya, Qərbi Avropa və Şimali Amerikada isə bu proses daha zəif sürətlə gedəcək - 20-21%.

Şəbəkə resursları arasında internet trafikə ən çox təsir göstərənlər rəqəmsal kontentin provayderləridir. Bunlara nümunə kimi onlayn-kinoteatr, video və musiqi servislərini göstərmək olar. 2014-ci ildə onlar qlobal trafikin cəmi 39%-ni təmin edirdisə, 2019-cu ildə bu göstərici 62% təşkil edəcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >