"Samsung" şirkəti təsadüfən hazırlanan "Galaxy S7 Edge" modelini təsdiq edib

[ 05 Fevral, 2016  10:59 ]

"Samsung" şirkəti bu yaxınlarda təsadüfən sosial şəbəkələrdə ətrafında aylardır şayiələrin gəzdiyi "Galaxy S7 Edge" smartfonlarının mövcudluğunu təsdiqləyib. Belə ki, şirkətin saytında yeni flaqman smartfonu barədə məlumat yerləşdirilib.

Şirkətin saytının bölmələrinin birində əyri Edge-ekranın funksiyaları barədə məlumat verilir və onun dəstəyi ilə işləyən smartfonların adları sadalanır. Burada artıq satışda olan "Galaxy S6 Edge" və "Galaxy S6 Edge+" modelləri ilə yanaşı, "Galaxy S7 Edge" smartfonu da qeyd olunur.

Bu bölmədə həmçinin edge-ekranın yeni funksiyaları barədə danışılır. Yenilənmiş "Android Marshmallow" əməliyyat sistemi ilə genişləndirilmiş "Edge Single Plus" rejimi ortaya çıxır. Bunun vasitəsilə ekranda daha çox informasiya əldə etmək mümkün olur və funksiyaların sayı artır.

Qeyd edək ki, fevralın 21-də Barselonada "Mobile World Congress 2016" sərgisində keçiriləcək "Samsung Galaxy Unpacked 2016" tədbirində yeni flaqman "Galaxy S7"nin təqdim olunacağı gözlənilir. Onunla birgə şirkətin əyri ekranlı "Galaxy S7 Edge" smartfonlarını da təqdim etməsi istisna edilmir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >