"Microsoft" "Windows 10" əməliyyat sisteminin reytinqini qaldırmağa çalışır

[ 04 Fevral, 2016  14:25 ]

"Microsoft" əməliyyat sisteminin "Windows 10" versiyasında yenilənməsinin mütləq olmayandan məsləhət görülən statusa çevriləcəyini hələ ötən il vəd etsə də, bu yalnız 2016-cı il fevralın 1-də baş verib. İndi artıq əgər yenilənmə mərkəzinin parametrlər bölməsində avtomatik rejim seçilibsə, quraşdırıllma da avtomatik olaraq başlaya bilər.

Əlbəttə, bu o anlama gəlmir ki, yeni ƏS fərdi kompüter sahibinin xəbəri olmadan quraşdırılacaq. Yalnız yenilənmə təklifi ilə bağlı proses xəbərdarlığı avtomatik olacaq, onu seçib-seçməmək isə yenə insanın özündən asılı olacaq. Üstəlik, istifadəçi könüllü şəkildə yenilənmənin olmasına razılıq verərsə, amma sonradan fikrini dəyişərsə, onun ixtiyarında "Windows"un əvvəlki versiyasına qayıtmaq üçün 31 gün olacaq.

"StatCounter"in son məlumatlarına əsasən, "Windows 10" "Microsoft"un dünyada artıq ikinci populyar əməliyyat sistemidir və o yalnız "Windows 7"dən geri qalır.

Xatırladaq ki, "Windows 10" əməliyyat sistemini ödənişsiz əldə etmək üçün istifadəçilər lisenziyalı "Windows 7" və ya "Windows 8.1"in nüsxəsinə malik olmalıdır. Yenilənmə proqramı 2015-ci il iyulun 29-da start götürüb və göstərilən tarixdən etibarən 1 il ərzində davam edəcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >