"WhatsApp" yazışma tarixçənin ZIP-arxivə ixracını test edir

[ 03 Fevral, 2016  15:12 ]

iOS əməliyyat sistemli telefon sahibləri yaxın aylarda "WhatsApp" tətbiqetməsində yeniliklə qarşılaşacaq. 2.12.17.689 versiyası çıxdıqdan sonra istifadəçilər yazışmaları arxivləşdirib onu ZIP-arxivə göndərə biləcək.
Hazırba bu tətbiqetmə yazışma tarixçəsini iCloud vasitəsilə bərpa edir. ZIP-arxiv yaratmaq imkanı isə bu opsiyanı daha rahat edəcək.
"Facebook" isə iOS əməliyyat sistemli telefonlar üçün messencerin bəzi funksiyalarını öz tətbiqetməsinə quraşdıracaq. Xidmətin inteqrasiya olunmasından sonra "Facebook" istifadəçiləri sosial şəbəkənin tətbiqetməsindən çıxmadan "WhatsApp" vasitəsilə faylları göndərə biləcək. "Facebook"da hər postun altında "WhatsApp"da dialoq pəncərəsinə faylı göndərə biləcək klaviş olacaq.
Qeyd edək ki, analoji funksiya bir ilə yaxındır ki, "Android" əməliyyat sistemli telefonlar üçün sınaqdan keçirilir.
"WhatsApp"ın yenilənmiş versiyasında həmçinin xidmətindən istifadəyə görə ödəniş edilməsi barədə xatırlatmalar ləğv edilib.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >