Dünya üzrə domenlərin sayı 311 milyonu ötüb

[ 02 Fevral, 2016  13:58 ]

Avropa milli domen qeydiyyatçılarını birləşdirən “CENTR” assosiasiyasının 2015-ci ilin son rübünə olan hesabatına əsasən, dünyada 311.5 milyon domen adı qeydiyyata alınıb. Onların da 158.7 mln. “köhnə” domenlərin payına düşür və “.COM” domeni “köhnə” domenlər üzrə liderdir.

 
Eyni zamanda 140.1 mln. domen adı milli domen zonalarında, 10.9 mln. isə yuxarısəviyyəli yeni ümumi domen zonalarında qeydiyyatdan keçirilib. 1.6 mln. isə milli zonalarda beynəlmiləlləşdirilən domenlərin sayıdır.
 
 
2015-ci ilin son rübündə Estoniyanın domen adı (.EE) və Çernoqoriyanın domen adı (.ME) Avropada milli  domen adları arasında artım tempinə görə lider olublar.

Məlumat üçün bildirək ki, milli domen seqmentində indiyədək qeydiyyata alınan domenlərin sayı 24404-ə bərabərdir. Cari ilin əvvəlinə olan məlumata görə, qeydiyyata alınan domenlər arasında birinci səviyyəli “.az” domeni üstünlük təşkil edib.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >