"Google" axtarış sistemi qalmaq üçün "Apple"a 1 mlrd. dollar ödəyib

[ 22 Yanvar, 2016  12:05 ]

"Google" şirkət "Apple"ın qurğularında təyinat üzrə axtarış sistemi qalmaq hüququna malik olmaq üçün şirkətə 2014-cü ildə 1 mlrd. dollar ödəyib.  "Bloomberg"in məlumatına görə, bu məbləğ "Oracle Corp." şirkətinin Google-a qarşı qaldırdığı müəllif hüquqlarının qorunmasına dair iddianın məhkəməsinin iclasının stenoqramında qeyd edilir.  Agentliyin məlumatına görə, Google-un Apple-a ödəyəcəyi məbləğ haqda məlumatı yanvarın 14-də məhkəmədə "Oracl"ın vəkili Annet Herst səsləndirib.

Google-un iPhone-da təyinat üzrə axtarış sistemi qalmaq üçün nə qədər pul ödəməsinə dair şayiələr illərdir gəzir. Lakin şirkət heç vaxt bu məbləği açıqlamırdı.

Vəkil məhkəmədə deyib ki, əldə olunan razılaşmaya görə, "Google" Apple-in qurğularının köməyi ilə əldə etdiyi gəlirdən "iPhone" istehsalçısına faiz verəcək. Məlumata görə, "bir vaxtlar bu rəqəm  - 34% təşkil edib". Lakin stenoqramdan aydın deyil ki, bu payı "Google" özünə saxlayıb, yoxsa "Apple"a ödəyib.

"Google" Apple-la razılaşmalara dair konfidensial məlumatların ictimaiyyətə açıqlanmasına qarşı çıxıb. 

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >