Panasonic şəffaf televizor icad edib

[ 13 Yanvar, 2016  16:13 ]

Yaponiyanın "Panasonic" şirkəti şəffaf televizor hazırlayıb. Qurğunun yeni nümunəsi ABŞ-ın Las-Veqas ştatında keçirilən " Consumer Electronics Show" adlı beynəlxalq məişət elektronikası sərgisində nümayiş etdirilib.

Televizor 65 dyüm diaqonala malik işıqdiodlu paneldən ibarətdir. İşlək vəziyyətdə olmayanda displey dolabın şəffaf kiçik qapısını və ya sadəcə dekor elementini xatırladır. Bu cür televizor istənilən məkana yaraşar. Televizor sahibi onu hətta pəncərəyə yerləşdirə və interyeri öz istəyinə uyğun dəyişə bilər.

Panasonic-da hesab edirlər ki, bu cür televizorlar ilk növbədə kommersiya məqsədilə geniş istifadə olunacaqlar. Belə ki, şəffaf televizorlar ticarət mərkəzləri, şou-rumları kimi məkanlardan yan keçən insanların diqqətini cəlb etmək üçün olduqca səmərəli qurğudur.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >