Çinin ".cn" domeni dünya lideri olub

[ 08 Yanvar, 2016  17:40 ]

Çinin ".cn" domen ünvanında qeydiyyatdan keçmiş ümumi veb səhifələrin sayı 16, 36 milyona yaxınlaşıb. Çin İnternet İnfrastrukturu İnformasiya Mərkəzinin (CNNIC) məlumatına görə, bu göstərici Almaniyanın ".de" domeni üzrə müvafiq göstəricini ötərək dünyada yuxarı səviyyəli milli domenlər arasında birinciliyi ələ keçirib.

CNNIC -in məlumatına görə, Çinin ".cn" yuxarı səviyyəli domeni milli domen ünvanları arasında ən populyardır. Belə ki, mərkəzi və rayon hökumət saytları da bu domen ünvana üstünlük verirlər.

Statistika göstərir ki, ölkə universitetlərinin 90%-ı, telekommunikasiya şirkətlərinin 80%-ı, aparıcı media orqanlarının 70%-ı və bankların 70%-ı ".cn" domenindən istifadə edirlər.

Çinin domeni həmçinin "Apple", "Microsoft", "Amazon" və "Citibank" kimi xarici şirkətlər arasında da geniş istifadə edilir.  Lakin əvvəllər Almaniyanın ".de" domen bu nüfuza malik idi. 

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >