Neçə saat yuxu yatmısız? - Ağıllı divar saatı deyəcək

[ 08 Yanvar, 2016  16:33 ]

Bu gün məişətdə istifadə etdiyiniz əşyaların daha ağıllı versiyaları ixtira edilir. Onlardan biri də "Glance" adlı divar saatıdır. Bu saat təkcə xoş görünüşlü divar saatı deyil, həmçinin vizual olaraq ehtiyac duyduğunuz informasiyaları əldə etmək üçün çox yaxşı vasitədir.

"Techcrunch.com" saytının xəbərinə görə, səhər yuxudan durarkən "Glance" gündəlik fəaliyyətinizə uyğun olaraq neçə saat yatdığınızı göstərəcək. Diametri 12 düym olan saat elektron poçt və "Uber" taksi sifarişi xidmətinin çatacağı vaxtı da nümayiş etdirir.

Şirkətin təsisçisi və Baş icraçı direktoru Anton Zriaştsev bildirib ki, saat qeyd edilənlərlə yanaşı, gəzintiyə çıxarkən sizin üçün hava proqnozunu da göstərir. Həmçinin növbəti gün üçün "Google Calendar"dan sizin qrafikinizi də təqdim edə bilər.

Singapurda ərsəyə gələn "Glance" geniş ekranı ilə yalnız vaxtı deyil, həmçinin daha çox imkanlar təqdim edir.

"Glance"ın batareyası 3-6 ay işləyir.

Glance-ın "Jawbone", "Fitbit və SmartThings" kimi şirkətlərlə  çalışacağı deyilir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >