Pasportlar smartfona çevriləcək

[ 07 Yanvar, 2016  16:17 ]

Avstriyanın 200 illik tarixə malik şirkəti kağız pasportları smart telefonlarla əvəz etmək istəyir. "Bloomberg"in xəbərinə görə, "Oesterreichische Staatsdruckerei Holding AG" (OESD) hesab edir ki, bu məqsədlə hazırlanan tətbiq daha zərif və itə biləcək fiziki kağızdan fərqli olaraq bütün şəxsi məlumatların rahat şəkildə istifadə edilməsinə imkan verir.

Qeyd edək ki, bir çox dövlətlərin hökumətləri artıq uzun müddətdir işdə smartfonların tətbiq olunmasına çalışırlar. Hazırda istifadəçilərdən hava limanlarında təhlükəsizlik üçün bir tətbiqin yüklənməsini, sürücülük vəsiqəsinin surətini çıxarmaq üçün isə fərqli tətbiq tələb olunur. OESD-nin fikrincə, onun hazırladığı proqram təminatı bütün növ vəsiqələri tənzimləyə bilər. Şirkət bildirib ki, proqram təminatının il ərzində satışı reallaşdırılarsa, 2017-ci ildə sistem istismara verilə bilər.

"Bütün məlumatlar smartfona köçürülür. Lakin yeganə problem fərdi identifikasiya və sürücülük vəsiqəsinin məlumat mənbələrində olmaması ilə bağlıdır", - deyə  OeSD-in innovasiya texnologiyaları üzrə icraçı direktoru Lukas Praml bildirib.

“My Identity App,” adını alan mobil tətbiq iki qurğu tələb edir. Onlardan  biri istifadəçi, digəri şəxsiyyəti - həmçinin vətəndaşların məlumatlarının mərkəzləşdirilmiş reestrini yoxlamaq üçün tələb edilir. Belə ki, mobil qurğuda heç bir şəxsi məlumat daimi saxlanılmır. Lakin ancaq zərurət yarandığı təqdirdə ictimai bulud texnologiyası işə keçir və məlumat oradan götürülür.  İstifadəçi digər şəxsin görə biləcəyi məlumatın növünü özü seçə biləcək. Bir sözlə, bütün məlumatlarınızın tam şəkildə qoruya biləcəksiniz. 

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >