Dünyanın 11 ən dəyərli startapı

[ 25 Noyabr, 2015  13:34 ]

10. WeWork

Dəyəri: 10 milyard USD

CEO: Adam Neumann

Qurulduğu il: 2010

Nə edir: fərdi şəxslərə və şirkətlərə icarəyə kovörkinq sahələri təklif edir.

İnvestisiya: 1 milyard USD

Tanınmış investorlar: Goldman Sachs, T. Rowe Price, Benchmark Capital, Fidelity Investments, JP Morgan

 

10. Dropbox

Dəyər: 10 milyard USD

CEO: Drew Houston

Qurulduğu il: 2007

Nə edir: Dropbox istifadəçilərinə fayllarını internetdə saxlamaq və paylaşmaq imkanı verir. Dünya üzrə 200 milyondan çox istifadəçisi var.

İnvestisiya: 1.1 milyard USD

Tanınmış investorlar: Accel Partners, Benchmark Capital, Greylock Ventures

 

9. Pinterest

Dəyər: 11 milyard USD

CEO: Ben Silbermann

Qurulduğu il: 2008

Nə edir: Pinterest istifadəçilərinə “sancaqlamaq (pinning)” üsulu ilə şəkilləri onlayn yaddaşda saxlamağa və paylaşmağa icazə verir.

İnvestisiya: 1.32 milyard USD

Tanınmış investorlar: Andreessen Horowitz, Bessemer Venture Partners, Rakuten

 

8. SpaceX

Dəyər: 12 milyard USD

CEO: Elon Musk

Qurulduğu il: 2002

Nə edir: SpaceX kosmik araşdırmalar üçün transport vasitələrini dizayn edir, qurur və işə salır.

İnvestisiya: 1.2 milyard USD

Tanınmış investorlar: Founders Fund, Draper Fisher Jurvetson, Google

 

7. Flipkart

Dəyər: 15 milyard USD

CEO: Sachin Bansal

Qurulduğu il: 2007

Nə edir: Flipkart elekronik əşyalar, kitab və musiqi kimi sahələrdə ixtisaslaşmıs e-kommersiya saytıdır.

İnvestisiya: 3.15 milyard USD

Tanınmış investorlar: Digital Sky Technologies, T. Rowe Price, Morgan Stanley, Vulcan Capital, Tiger Global Management

 

6. Didi Kuaidi

Dəyər: 16 milyard USD

CEO: Cheng Wei

Qurulduğu il: 2012     

Nə edir: Didi Kuaidi Çinin iki böyük avtomobil sifariş şirkətləri olan Didi Dache və Kuaidi Dachenin birləşməsindən sonra yaranıb. Lyft və Uber kimi bu şirkət də istifadəçilərə telefon vasitəsilə taksi sifariş etmək imkanı verir.

İnvestisiya: 4.42 milyard USD

Tanınmış investorlar: Alibaba, Softbank Capital, Temasek Holdings, Coatue Management, Tencent

 

5. Snapchat

Dəyər: 16 milyard USD

CEO: Evan Spiegel

Qurulduğu il: 2012

Nə edir: Snapchat fotoşəkilləri və videoları bəlli bir vaxt çərçivəsində paylaşmağa icazə verən programdır.

İnvestisiya: 648 milyon USD

Tanınmış investorlar: Yahoo, Kleiner Perkins, Benchmark Capital, Lightspeed Venture Partners, Coatue Management, SV Angel

 

4. Palantir

Dəyər: 20 milyard USD

CEO: Alexander Karp

Qurulduğu il: 2004

Nə edir: Palantir məlumat analizləri üzrə ixtisaslaşmış şirkətdir. Ən böyük müştərilərindən ikisi Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) və Federal Tedqiqatlar Burosu (FBI)dur.

İnvestisiya: 1.67 milyard USD

Tanınmış investorlar: Founders Fund, Tiger Global Management, Glynn Capital Management, Jeremy Stoppelman

 

3. Airbnb

Dəyər: 25.5 milyard USD

CEO: Brian Chesky

Qurulduğu il: 2008

Nə edir: Airbnb ev sahiblərinə evlərini müvəqqəti sakinlər üçün kirayə verməyi təklif edən platformadır. 190 ölkədə istifadə edilir.

İnvestisiya: 2.39 milyard USD

Tanınmış investorlar: Andreessen Horowitz, Founders Fund, Sequoia Capital, Greylock Partners

 

2. Xiaomi

Dəyər: 46 milyard USD

CEO: Jun Lei

Qurulduğu il: 2010

Nə edir: Xiaomi Çinin ən böyük ağıllı telefon istehsal edən şirkətlərindən biridir. Şirkətin ağıllı telefonları ən yaxşı Android telefonlar arasındadır və Birləşmiş Ştatlarda Apple müştəriləri kimi çox sadiq müştəriləri var.

İnvestisiya: 1.4 milyard USD

Tanınmış investorlar: Digital Sky Technologies, Hopu Investment Management Company, DST Global, IDG Capital Partners, Qualcomm Ventures, Morningside Group

 

1. Uber

Dəyər: 51 milyard USD

CEO: Travis Kalanick

Qurulduğu il: 2009

Nə edir: Uber müştəriləri müqavilə ilə işləyən şəxsi avtomobil sürücüləri ilə birləşdirən taksi çağırma proqramıdır. Uber istər lüks, istər sadə növ avtomobillər təklif edir.

İnvestisiya: 8.21 milyard USD

Tanınmış investorlar: Benchmark Capital, Menlo Ventures, Google Ventures, KPCB

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >