NASA-nın R5 İnsanabənzər Robotu Universitetlərə gedəcək

[ 24 Noyabr, 2015  10:31 ]

Əvvəllər Valkyrie kimi tanınan NASA-nın insanabənzər robotu R5 qabaqcıl tədqiqat və inkişafına görə iki universitet tərəfindən təltif olunub. NASA ümid edir ki, araşdırma qrupları real kosmik missiyalar üçün insan- robot münasibətlərini təkminləşdirəcəklər. Kompüterləşdirilmiş köməkçilər Marsa səyahət zamanı çox xeyirli ola bilər.

Robotların ekstremal kosmik mühitlərdə astronavtlara kömək etmək, hətta onları əvəz etmək potensialları var. R5 kimi uğurlu robotlar insanlara səyahət zamanı kömək edə, həmçinin öncü rolunu oynayaraq, ekipaj digər planetə gəlmədən əvvəl orda işə başlaya bilərlər.

Robotları qəbul edəcək universitetlər Massaçusets Texnologiya İnstitutu (MİT) və Bostonda Northeastern Universiteti olacaq. 2016-cı ildə  iki ədəd R5 robotu Kosmik Robot Yarışında iştirak edəcək və onların mümkün vəziyyətlərin öhdəsindən gəlmək üçün hardware və software test ediləcək.

“Robotlaşmada, həmçinin insan- robot əməkdaşlığındakı irəliləyiş bizim Marsa səyahətimiz üçün çox vacibdir. NASA-nın robot texnologiyasında inkişafındakı növbəti böyük addımına universitet araşdırma qruplarının da daxil olması ilə bağlı çox həyəcanlıyıq ” NASA-nın Kosmik Texnoloji Missiyalar üzrə direktoru Steve Jurczyk bildirib.

NASA inanır ki, R5-in belə qabaqcıl araşdırma və inkişafı daha etibarlı və avtonom insanabənzər robota gətirib çıxaracaq.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >