Tezliklə Wi-Fi ilə Cihazlar Şarj Edilə Bilər

[ 20 Noyabr, 2015  12:32 ]

Vaşinqton universitetinin mühəndisləri Wi-Fi ruterləri ilə ötürülən enerjini cihazlara enerji vermək üçün istifadə etməyin yolunu kəşf ediblər.

Bu texnologiya Power over Wi-Fi (PoWiFi) adlanır və yekun sənədlər növbəti ay Almaniyada keçiriləcək CoNEXT 2015 görüşündə təqdim olunacaq.

“Biz ilk dəfə olaraq göstərdik ki, cihazlara elektrik ötürmək üçün Wi-Fidan istifadə etmək mümkündür. Biz həmçinin Wifi ruter və eyni zamanda enerji mənbəyi olan sistem hazırladıq –sistem cihazlara enerji ötürərkən wifi siqnalların ketfiyyətində heç bir dəyişiklik etmir”. Aparıcı Müəllif Vamsi Talla şərhində bildirib.

Tətqiqatçılar İnternetin sürətində hər hansı bir zəifləmənin olub olmamasını yoxlamaq məqsədilə altı fərqli məkanda bu texnologiyanı test etiblər. İstifadəçilərdən heç biri videonun və ya səhifənin yüklənmə sürətində bir fərq hiss etməyiblər.

Baxmayaraq ki, bu sınaqlar çox qənaətbəxş olub, istifadə edilən cihazlar çox az enerjiyə ehtiyacı olan cihazlar olub. Wifi şarj etmə funksiyasının stabil və etibarlı işləməsi üçün bir sıra böyük təkminləşdirmə işləri aparılmalıdır. Həmçinin ötürücünün ölçüləri də hələ ki çox böyükdür.

 Komanda bütün maneələrin aradan qaldırılacağına inanır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >