“Baku Business Factory” Təşəbbüskarlıq Mövzusunda Biznes Forum Keçirəcək

[ 05 Oktyabr, 2015  09:41 ]

Oktyabrın 10-da “Baku Business Factory”nin təşkilatçılığı ilə təşəbbüskarlıq mövzusunda biznes forum keçiriləcək. Forumda dövlət və bir çox yerli aparıçı şirkətlərin nümayəndələri, biznesmenlər, akademik şəxslər və xarici mütəxəssislər iştirak edəcəklər.

Forumun əsas məqsədi Azərbaycanda son illərdə sürətlə inkişaf edən yeni biznes təşəbbüslərini təşviq etmək və bu sahədə dünya miqyasında uğurlar qazanmış şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır. Forum bu istiqamətdə atılan ilk addım olacaq və gənc təşəbbüskarların biznes biliklərinin artırılması üçün davamlı olaraq bu tərzdə forumlar, seminarlar və təlimlər keçiriləcək.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin (www.anaralizade.com) təşəbbüsü ilə yaradılmışdır. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Tədbirin gündəliyi ilə aşağıda tanış ola bilərsiniz:

Məkan: Hilton Baku Hotel

Mövzu

Spikerlər

Saat

 Açılış (Çay və Kofe Fasiləsi)

 

11:00

11:20

 Rəsmi Açılış və BBF haqqında

 Prof.Dr.Əlövsət Müslümov

11:20

11:40

 Təşəbbüskarlıq və Təşəbbüskarlığa Dəstək

 Prof.Dr.Özer Ertuna (Boğaziçi universiteti)

11:40

12:20

 Təşəbbüskarlıq və Silikon Vadisi Tarixi

 Doç. Dr.Mustafa Ergen (Koç universiteti,  Silikon Vadisi, Argela)

12:20

13:00

 Nahar fasiləsi

 

13:00

14:00

 Panel 1

 Mövzu: Azərbaycanda İnnovasiyaların Tətbiqi və Mühit

 Fərid İsmayılzadə (GoldenPay)

 Məmməd Kərimov (Khazar Ventures)

 Cəlal Rəhimov (Yüksək Texnologiyalar Parkı)

14:00

15:00

 Çay fasiləsi

 

15:00

15:20

 Panel 2

 Mövzu: Təşəbbüskarlığın Maliyyələşdirilməsi

 Prof.Dr.Güler Aras (Yıldız Teknik universiteti)

 Dr.Emin Hüseynov (ADA universiteti)

 Prof.Dr.Əlövsət Müslümov (Baku Business Factory,  ADA universiteti)

15:20

16:20

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >