“Google” istifadəçilərin maliyyə məlumatlarını toplayacaq

[ 02 İyul, 2015  19:34 ]

“Google” ödəniş əlavələri ilə bağlı informasiyanı izləmək üçün ayrıca servis yaradacaq. Bu barədə “Payspacemagazine” yazır. 

“Google Payments” adlanan yeni xidmət mağazalarda alış-verişin ödənişi üçün “Android Pay” servisindən və “Google Wallet” pul köçürmələri sistemindən istifadə edən istifadəçilərin maliyyə informasiyasını emal edəcək.

Şirkət nümayəndəsi qeyd edib ki, "Google" ödənişlərlə əlaqədar yeni məhsul istifadəyə verməyə hazırlaşır. İstifadəçilərin ödənişləri izləyə biləcəkləri “Google” akkauntuna bağlı “payments.google.com” saytı yaradılacaq.

“Google Payments” servisində istifadəçilərin həyata keçirdikləri əməliyyatlar, hər hansı ödəniş kartının istifadə müddətinin başa çatması ilə bağlı mühüm məlumatlar təsvir olunacaq. Saytda istifadəçilər funksiyaları dəyişə və öz hesablarını idarə edə biləcəklər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >