Bakıda MDB və Baltikyanı ölkələrin istiqraz konqresi keçirilir

[ 22 May, 2015  13:47 ]

Bu gün Bakıda MDB və Baltikyanı ölkələrin növbəti, XII istiqraz konqresi işə başlayıb. Konqresdə dünya banklarının nümayəndələri, investisiya şirkətləri, infrastruktur təşkilatları və digərləri daxil olmaqla 350 nəfər iştirak edir.

Sabah da davam edəcək tədbirdə Baltikyanı ölkələr, Rusiya, Azərbaycan, Qazaxıstan və digər MDB dövlətlərində daxili istiqraz bazarının hazırkı vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə olunur.

Forumun ilk günündə Azərbaycanın iqtisadi inkişafı, maliyyə sistemi və qiymətli kağızlar bazarı ətrafında fikir mübadiləsi aparılıb. Bu mövzuda Bakı Fond Birjası, "Xalq Bank" , "PSG Broker", "Standard Capital"ın nümayəndələrinin çıxışları maraqla qarşılanıb.

Həmçinin tədbirdə MDB ölkələrinin makroiqtisadi inkişafı və maliyyə bazarlarının perspektivləri mövzusunda "Sberbank"ın, Moskva Birjasının, Bakı Dövlət Universitetinin nümayəndələri çıxış ediblər. Konqres daha sonra avrobondlar bazarı mövzusunda müzakirələrlə davam edib. Forumda ayrı-ayrılıqda Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan isrtiqraz bazarları ilə bağlı çıxışlar dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, müxtəlif ölkələrdən olan investorlar fikir mübadiləsi üçün imkan qazanıblar.

Bundan başqa, tədbir çərçivəsində "Cbonds Awards CIS" mükafatının təqdimatı da baş tutacaq. Konqresin yekun günündə iştirakçılar üçün şəhər gəzintisi də təşkil ediləcək.

Qeyd edək ki, tədbirin əsas təşkilatçısı "Cbonds" təşkilatıdır.

Konqres artıq 12-ci dəfə keçirilir. Bu müddət ərzində iştirakçılar Rusiya, Monteneqro, Ukrayna, Belarus, Azərbaycan, Litva, Latviya, Qazaxıstanda səfərdə olublar. Bundan əvvəl konqres Bakıda 2007-ci ildə keçirilib.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >