Azərbaycanın xarici ticarət dövriyyəsi bu il 25% artıb

[ 18 May, 2015  19:21 ]

Bu ilin birinci rübündə Azərbaycandakı hüquqi və fiziki səxslər xarici dövlətlərlə 5 812,1 mln. ABŞ dolları həcmində ticarət əməliyyatları aparıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əmtəə dövriyyəsinin 58,2%-ni (3 383,7 mln. dollar) ölkədən ixrac olunmuş mallar, 41,8%-ni (2 428,4 mln. dollar) isə idxal məhsulları təşkil edib və ixracın idxalı üstələməsi nəticəsində 955,3 mln. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin ilk rübü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 24,7%, o cümlədən ixrac 20,8%, idxal isə 36,6% artıb. Bununla yanaşı, xarici ticarət dövriyyəsinin müsbət saldosu təxminən 4 dəfə azalıb.

Əmtəə mübadiləsinin 9,4%-i və ya 548,4 mln. dolları MDB ölkələri, 46,4%-i və ya 2 697,0 mln. dolları Avropa İttifaqı ölkələri ilə, 44,2%-i və ya 2 566,7 mln. dolları digər dövlətlərlə aparılıb.

Ölkəyə idxal olunan malların 19,4%-i (470,1 mln. dolları) MDB, 25,4%i (617,5 mln. dollar) Avropa İttifaqı, 55,2%-i (1 340,8 mln. dollar) digər dövlətlərin payına düşüb.

Azərbaycanın ixrac etdiyi malların 2,3%-i (78,3 mln. dollar) MDB, 61,5%-i (2 079,5 mln. dollar) Avropa İttifaqı, 36,2%-i (1 225,9 mln. dollar) digər dövlətlərə göndərilib.

Cari ilin I rübündə qeyri-neft məhsullarının ixracı keçən ilin eyni dövrünün göstəricisini 38,9% üstələyərək 474,2 mln. dollar təskil edib. Qeyri-neft məhsullarından kənd təsərrüfatı mallarının ixracı 53,5%, digər sənaye təyinatlı malların ixracı isə 61,3% artıb.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >