Azərbaycanda kiberhücumların sayı ildə 30% artır

[ 14 May, 2015  18:14 ]

Azərbaycanın informasiya sistemlərinə kiberhücumların sayı orta hesabla ildə 30% artır.

Bunu rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov Bakıda, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) 150 iliyinə həsr olunmuş informasiya təhlükəsizliyinin multidissiplinar problemləri II respublika elmi-praktiki konfransda bildirib.

Kiberhücumların 90%-nin xaricdən olduğunu açıqlayan nazir əlavə edib ki, hər həftə istifadəçilərin təxminən iki min personal və planşet kompüterləri virusa yoluxur.

"Monitorinqlər göstərir ki, ölkənin əsas istifadəçilərinin cihazlarının 25%-i informasiya təhlükəsizliyi risklərinə məruz qalır. Kritik informasiya infrastrukturu, xüsusilə də elektrik təminatı, maliyyə sahəsi, rabitə sistemi, su təminatı, müdafiə və s. qarşı təhlükənin artması ilə əlaqədar dövlət üçün informasiya təhlükəsizliyinin təmin edilməsi prioritet istiqamətlərindəndir. Bu sahədə istər daxili, istərsə də xarici siyasət formalaşdırılıb", - deyə Ə.Abbasov qeyd edib.

Nazir deyib ki, bu məsələ bu gün dünyada ciddi hal alıb, sanki soyuq müharibənin yeni variantıdır: "Bu gün kiberhücumlar nəticəsində böyük informasiya resursları dağıdılır, bank, maliyyə strukturlarında müəyyən cinayətlər həyata keçirilir. Ona görə də Azərbaycan beynəlxalq aləmdə də tədbirlər həyata keçirir. Bütün bunlar bizim üçün önəm daşıyır. Çünki bir aydan sonra I Avropa Oyunları başlayır. Belə beynəlxalq səviyyəli tədbirdə çox yüksək avtomatlaşdırma, elektronlaşdırma mühiti var. Bununla əlaqədar olaraq bilir ki, müəyyən kiberhücumlar, informasiya təhlükəsizliyi nöqteyi nəzərdən təzyiqlər olacaq. Bundan qorunmaq üçün bir neçə layihə həyata keçirmişik və buna tam hazırıq. Bütün dövlət təhlükəsizlik strukturları, texnoloji sahədə məşğul olan strukturlar, həmçinin, xarici tərəfdaşlarımızla birlikdə Azərbaycanda Avropa Oyunlarının keçirilməsində kiberhücumlardan prinsipial ziyan görülməməsi üçün tədbirlər hazırlamışıq".

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >