Silikon vadisinin investorları Azərbaycana sərmayə qoymaq istəyir

[ 01 May, 2015  14:22 ]

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dünyanın ən nəhəng texnoloji mərkəzi hesab edilən ABŞ-ın Silikon vadisində yerləşən biznes-inkubator - Qlobal Vençur Alyansının (GVA) prezidenti Məhəmməd Musayev və “Global Catalyst Partners” (GCP) şirkətinin sədri və həmtəsisçisi, vençur kapitalı sərmayədarı Kamran Elahian ilə görüşüb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat daxil olub.

Görüşdə Alyansın missiyası informasiya texnologiyalarının səmərəli tətbiği ilə insanların həyatının daha da yaxşılaşdırılması, startapların aşkarlanması və inkişafına dəstək verilməsi olduğu deyilib.

ABŞ, Yaponiya, Çin, Hindistan, İsrail kimi ölkələrdə iqtisadi inkişafın təmin edilməsinə yönələn müxtəlif innovativ ideya və layihələrin gerçəkləşməsinə dəstək verdiklərini bildirən K.Elahian bu baxımdan Azərbaycanın da maraq doğurduğunu, həmçinin ölkəmizə sərmayə qoymaq niyyətində olduqlarını bildirib.

Görüşdə investorlar tərəfindən irəli sürülən təkliflərin müvafiq qurumlarla müzakirələrdən sonra dəyərləndirilməsi qərara alınıb.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >