Haqqımızda

[ 13 Aprel, 2015  18:08 ]

"Baku Business Factory" (BBF) 2015-ci ilin aprel ayında Anar Əlizadə tərəfindən təsis edilmişdir. Şirkətin əsas məqsədi gənclərin biznes təşəbbüslərinin dəstəklənməsidir.

Müxtəlif sahələrə aid biznes ideyaları olan gənclər BBF-də öz ideyalarını biznesə çevirə biləcəklər. Onlar BBF-dən ofis, mentor və maddi dəstək alacaq və davamlı olaraq müxtəlif təlimlərdə iştirak edəcəklər.

BBF-in fəaliyyət göstərdiyi 2-ci sahə isə sərbəst işləyən insanların iş üçün hər cür şəraitə malik ofislə təminidir. Onlar heç bir ödəniş etmədən ofisimizin bütün imkanlarından: iş stolu, görüş otaqları, istirahət otağı, internet, printer, skayner, resepşn, çay, kofe və s., istifadə edə biləcəklər. Onlar, həmçinin, BBF tərəfindən təşkil olunacaq təlimlərdə də iştirak edə bilərlər.

Missiya

BBF-in missiyası biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi bazanın təmin edilməsini kompleks şəkildə həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır.

Mövqemiz

Uğur qazanmaq üçün ağıllı ideyası olan istənilən azərbaycanlı gəncə bir şans vermək kifayət edir.

Ofisimiz

Ofisimiz şəhərin mərkəzində Nizami küçəsi 203-B ünvanında AF Business House-un 3-cü mərtəbəsində yerləşir. Ofisimizin cəmi ərazisi 620 kvm təşkil edir. Buraya

  • Startaplar üçün iş sahəsi
  • Frilanserlər və kiçik bizneslər üçün iş sahəsi
  • BBF-in öz işçiləri üçün sahə
  • 2 iclas otağı
  • İstirahət otağı
  • Giriş sahəsi
  • Mətbəx

aiddir.

Ofisimizin rəngli dizaynı və rahatlığı sərbəst işləyənlər və startaplar üçün öz yaradıcı işlərini rahatlıqla həyata keçirməyə imkan yaradacaq.

Təsisçi Haqqında

BBF-in təsisçisi və sahibi Anar Əlizadədir. Onlarla şirkətin qurucusu və sahibi olan gənc iş adamı gənclərin biznes təşəbbüslərinin dəstəkləməsini özünün əsas sosial öhdəliklərindən biri hesab edir və məhz bu məqsədlə də BBF-i təsis etmişdir. Anar inanır ki, uğur qazanmaq üçün ağıllı ideyası olan istənilən azərbaycanlı gəncə bir şans vermək kifayət edər.

Anar Əlizadə haqqında daha geniş məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.

www.anaralizade.com

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 36

Fərhad Mikayılov

MixCart

Rəhimzadə Əhməd

MixCart

Mojqan Vəlizadə

Healthy Zone

Elvin İbra

ESSENARI

Erkin Ergin

ESSENARI

Rabiyət Heydərli

Healthy Zone

Nigar Rahmanova

Kercom

Xanım Quliyeva

Keepface

Daha çox >