Kovörkinq Mərkəzi

[ 04 Mart, 2015  15:35 ]

Kövörkinq Mərkəzi layihəmiz müxtəlif sektorlardan olan sərbəst işçilər üçün hər cür ofis şəraitinə malik yerlər təklif edir. Sərbəst işləyən dizaynerlər, proqramistlər, hüquqşünaslar, marketoloqlar, kiçik biznes sahibləri, startaplar və s. mərkəzimizə üzv ola bilərlər. Layihə tək və ya maksimum 3 nəfərlik qruplar üçün nəzərdə tutulub. Onlar heç bir ödəniş etmədən aşağıdakılardan sərbəst istifadə edə biləcəklər:

  • İş masası
  • Görüşmə otaqları
  • İstirahət otağı
  • İnternet
  • Printer
  • Skayner
  • Mətbəx
  • Çay, kofe və s.
  • Resepşn xidməti
  • Komputer (lazım olarsa)
  • BBF tərəfindən təşkil edilən təlimlərdə iştirak

Kovörkinq Mərkəzimizdə öz işiniz üçün yer rezerv etmək istəyirsinizsə, aşağıdakı anketi doldura bilərsiniz. Ərizəniz BBF-in İdarə Heyəti tərəfindən nəzərdən keçirildikdən sonra, uyğun hesab edilərsə, ofisimizdən sərbəst istifadə etmək üçün Sizinlə müqavilə bağlanılacaq.

Seçim kriteriyaları:

  • Tək və ya maksimum 3 nəfərlik qruplar
  • Açıq iş sahəsində digərləri ilə birlikdə işləyə biləcəklər layihələr/şəxslər
  • Dəqiq müəyyən edilmiş müştəri ehtiyaclarını qarşılayan tək funksiyalı layihələr (çox funksiyalı layihələr qəbul edilmir)
  • Layihə müştəri ehtiyaclarının qarşılanmasında fayda-qazanc mexanizmi ilə işləməlidir
  • Yenilikçi layihələr

Anket

 

 

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 21

Sara Rəcəbli

BUTA Art & Sweets

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Taleh Məmmədov

Woody Group

Elçin Hüseynov

Balta

Sonabəyim Hüseynzadə

Nicecho

Daha çox >