Əziz gənc dostum!

Biznes aləmində atdığın ilk addımlardan başlayaraq, sənin yanında olmaq və öz təcrübəmi səninlə bölüşmək istərdim.

Düşünürəm ki, işgüzar fəaliyyətimizdəki ən əsas maneə elə biz özümüzük. Səbirli olmaq, səhvlərimizdən nəticə çıxararaq onları yeni imkanlara çevirmək, uğursuzluqlara görə ruhdan düşməmək - bütün bunlar uğurlu biznes fəaliyyətinin ən vacib və əsas şərtlərindəndir. Uğura gedən yol Sənin bu məsələlərə yanaşmalarından keçir. Əgər müasir biznes-cəmiyyətinin əsas prinsiplərini düzgün anlaya bilsən, o zaman, inanıram ki, inkişaf edən ölkəmizin ən uğurlu iş adamlarından biri də sən olacaqsan!

Sual edə bilərsən ki, sənə bu istiqamətdə dəstək olmaq və bütün təcrübə və bacarığımı sənin kimi gənc iş adamlarının inkişafına yönəltməyə məni ruhlandıran nədir? Şübhəsiz ki, bu, Prezidentimiz İlham Əliyevin işğüzar elitaya və biznes ictimaiyyətinə ünvanladığı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına maksimum səy göstərilməsi ilə bağlı çağırışıdır. Əlbəttə, Heydər Əliyevin neft strategiyası yeni Azərbaycan dövlətinin formalaşmasında mühüm rol oynayıb. Lakin, bizim sabahkı günümüzü müəyyənləşdirən dünya iqtisadiyyatının yeni tələbləri, Azərbaycan iqtisadiyyatının qısa bir vaxt ərzində innovativ inkişafını vacib edir. Neft bizim dünənimiz, innovasiyalar isə sabahımızdır.

Unutma ki, uğur qazanmaqla, sən öz ölkənin möhkəmlənməsi üçün də çalışacaqsan. Sənə bu illər ərzində həmişə mənimlə olan, bütün çətinlikləri dəf etməyimə yardım edən uğur düsturundan bəhs etmək istəyirəm: bu, komandadır. Əgər sən komandanın birgə fəaliyyət göstərməsinə nail ola bilmisənsə, onda qarşına çıxan bütün çətinliklərin və məneələrin öhdəsindən asanlıqla gələ biləcəksən. Ümumi komandanın bir hissəsi olmaqdan çəkinmə, axı bir nəfər hamı üçün, hamı bir nəfər üçündür!

Gördüyün işdə, gerçəkləşdirdiyin biznesdə hər zaman sosial dəyərlər yaratmağa çalış. Səninlə işləyənləri məmnun et, çünki ancaq bu yolla həm özün, həm də müştərilərin razı qalacaq. Atdığın hər addımda müştəri kimi düşün, Sənə ən doğru yolu hər zaman onlar deyəcək. Qoy, qərarları Sənin əvəzinə onlar versin. Biznes fəaliyyətinin dövlətə, cəmiyyətə, insanlara ziyan gətirməyəcəyindən tam əmin ol. Qoy, bu sənin ən böyük öhdəliyinə çevrilsin.

Sən öz mübarizəndə heç zaman tək olmayacaqsan, çünki biz hər zaman sənin yanında olacağıq. Öz şansını əldən verməyə ixtiyarın yoxdur, Sən özünə inansan, biz də sənə inanacağıq.

Anar Əlizadə

Təsisçi

Kovörkinq Mərkəzimizin Üzvləri

Kovörkinq Mərkəzimiz 38 nəfər üçün iş sahəsi təklif edir. Hal hazırda 38 nəfər üzvümüz var. Boş yer sayı: 0

Bizə qoşulun 38

Pərvin Əmirov

Menecment

Xəyalə Məmmədova

Jurnalist

Nuranə Novruz

Jurnalist

Sofi Asker

Yazıçı

Cavid Kərimov

İqtisadçı

Mustafa Aslanov

Komputer Mühəndisi

Tural Qəhrəmanov

Marketinq

Rabiyət Heydərli

Marketinq

Daha çox >